20:00 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
18

Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilərlər. Bütün işlər suluboya ilə yerinə yetirilməli, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır.

BAKI, 11 iyun — Sputnik. Bakıda suluboya ilə işləyən rəssamların əsərlərindən ibarət "Su və rəng ahəngi-2021" adlı sərgi açılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, sərgi "IWS Globe" beynəlxalq suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan "IWS Azerbaijan" və Xətai Sənət Mərkəzinin nəzdində açılmış "IWS Baku Khatai Art Gallery" ilə birlikdə təşkil olunur. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.

Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər suluboya ilə yerinə yetirilməlidir, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. İşlərin ölçüsü A3 formatından az olmamalıdır, hər bir rəssam 3 iş göndərə bilər.

Sərgi üçün işlər "IWS Azerbaijan" akvarel cəmiyyətinin bədii şurası tərəfindən seçiləcək. İştirak etmək istəyənlər işlərinin fotolarını iwsazerbaijan@gmail.com elektron ünvanına göndərə bilərlər.

Sərgidə iştirak edəcək rəssamların siyahısı iyulun 3-də "Facebook" və "Instagram" səhifələrində yayımlanacaq.

Əsas mövzular