18:43 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
30

Azərbaycanın Xalq artisti Eldar Quliyev 2021-ci ilin yanvar ayında infarkt keçirib. Rejissor bir müddət müalicə alandan sonra aprelin 16-sında Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.

BAKI, 7 iyun — Sputnik. Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor Eldar Quliyevin şəxsi arxiv fondu yaradılıb. Sputnik Azərbaycan xəbər verir ki, Fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları, ssenariləri və s. arxiv sənədləri daxil olub. Xalq artisti Eldar Quliyevin şəxsi arxiv fondunun yaradılması sənətkarın anadan olmasının 80 illiyinə ithaf edilib.

Xatırladaq ki, Azərbaycanın Xalq artisti Eldar Quliyev 2021-ci ilin yanvar ayında infarkt keçirib. Rejissor bir müddət müalicə alandan sonra aprelin 16-sında Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Quliyev öz vəsiyyətinə əsasən, "Qurd qapısı" qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunub.

Qeyd edək ki, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino şöbəsinin professoru, Kinematoqrafçılar İttifaqının katibi, "Şərəf" və "Şöhrət" ordenlərinin sahibi, rejissor Eldar Quliyev 1941-ci il yanvar ayının 18-də Bakıda anadan olub. 1960-1966-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsində Sergey Gerasimovun kursunda oxuyub. Məzun olduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayıb.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü rejissor kimi təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkib ki, həmin ekran əsəri də peşəkarlıq səviyyəsinə, kütləvi və döyüş səhnələrinin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli işlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınmışdı. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə də quruluş verib.

Eldar Quliyev, həmçinin bir neçə filmin ssenari müəllifi də olub. Çəkdiyi filmlər dəfələrlə kinofestivallarda mükafatlara layiq görülüb.

Eləcə də oxuyun:

  • Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq

  • Kino xadimləri Eldar Quliyev haqqında: Azərbaycan möhtəşəm rejissorunu itirdi

Teqlər:
arxiv, rejissor, kino, Eldar Quliyev

Əsas mövzular