CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramiz Əzizbəylidən xəbər var - vəziyyəti orta-ağırdır

© Photo : REPORTРамиз Азизбейли
Рамиз Азизбейли - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
72 yaşlı Xalq artisti bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

BAKI, 1 iyun — Sputnik. Azərbaycanın Xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəyli hazırda reanimasiyadadır. Bu barədə Sputnik Azərbaycan-a rejissorun qızı Xədicə Əzizbəyli məlumat verib. X.Əzizbəylinin dediyinə görə, atasının vəziyyəti hazırda orta-ağırdır və rejissorun müalicəsi hələ uzun müddət davam edəcək.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti R.Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onu da bildirək ki, rejissorun qızı da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bir neçə il öncə Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. R.Əzizbəylinin digər ayağında bənzər riskin yaranmaması üçün onun yenidən əməliyyat oluna biləcəyi söylənilmişdi.

Məlumat üçün bildirək ki, kino rejissor və aktyoru, professor Ramiz Əzizbəyli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri kimi fəaliyyət göstərib. "Şöhrət" ordeni, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı olan aktyor və rejissor 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. O, 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0