BAKI, 13 may - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərində keçirilən "Xarı-bülbül" beynəlxalq festivalından görüntülər paylaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Mehriban xanım paylaşımında: "Şükür Allaha! Ulu Tanrı, Azərbaycanı və Azərbaycan xalqını daim qoru!" - qeydini edib.
Görüntülərdə Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Fərqanə "Qarabağ şikəstəsi"ni ifa edirlər.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, Prezident İlham Əliyev və ailəsi mayın 12-dən Şuşadadırlar. Onlar Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarı-bülbül" festivalının açılışında iştirak ediblər. Bu gün festival qala-konsertlə davam edib.
Eləcə də oxuyun:
* Şuşada "Xarı-bülbül" festivalının qala-konserti keçirilir
* Şuşa məscidi öz orijinallığı və memarlıq üslubu ilə görənləri heyrətə gətirəcək - FOTOLAR
* Şuşada atəşfəşanlıq olub - VİDEO
* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video
* "Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev