BAKI, 13 may — Sputnik. Bu il iyulun əvvəlində Çexiyada keçirilməsi planlaşdırılan 56-cı Karlovı Varı Beynəlxalq Film Festivalının vaxtı dəyişdirilib.
Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkədə vaksinasiya prosesinin əhəmiyyətli dərəcədə irəliləməməsi olub.
Təşkilatçılar kinofestivalın 20-28 avqust tarixlərində keçiriləcəyini qeyd ediblər. Xatırladaq ki, Karlovı Varı Beynəlxalq Film Festivalı ötən il onlayn formada keçirilmişdi.