01:20 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
22

Məşhur müğənni onkolji xəstəlikdən əziyyət çəkir. Xalq artisti ötən ay da Türkiyədə əməliyyat olunmuşdu

BAKI, 12 may — Sputnik. Xalq artisti Ağadadaş Ağayev yenidən əməliyyat olunub. Bu barədə müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib.

"Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır", - deyə Ağayev bildirib. 

Xatırladaq ki, ötən gün teleaparıcı Hacı Nuran Hüseynov özünün "Instagram" hesabında Ağadadaş Ağayevin əməliyyata girəcəyi barədə paylaşım etmişdi. O bildirmişdi ki, xərçəngdən əziyyət çəkən müğənni ağır əməliyyat keçirəcək.

"İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi.

Zatən Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub. O da mərdcəsinə qalib gəlib hər zaman. Mən bunun şahidiyəm. Ağadadaş Ağayev bu həyatda qazandığı bütün uğurlara dişiylə-dırnağıyla sahiblənib. Bu gün səhhəti sınayır onu. Əsrin bəlası olan xərçəng xəstəliyinə Ağadadaş qalib gələcək. Sabahkı əməliyyatdan sağ-salamat çıxasan. Dua edin, dostlar!", - Hacı Nuran yazıb.

Qeyd edək ki, məşhur müğənni onkolji xəstəlikdən əziyyət çəkir. Xalq artisti ötən ay da Türkiyədə əməliyyat olunmuşdu.

Əsas mövzular