18:20 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
30

Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.

BAKI, 5 may — Sputnik. Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov ötən gün avtomobil qəzasında vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, aparıcı Elgiz Əkbər sənətçinin atasından danışıb. O bildirib ki, Aslanın atası xəstədir: "Atasının Aslanın ölümündən xəbəri yoxdur. Deyirlər, xəstədir, ona heç nə demirlər".

Xatırladaq ki, mayın 4-də Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib. Sənətçi ötən gün Gəncədə, anasının yanında dəfn edilib.

Teqlər:
ata, həlak olan, müğənni

Əsas mövzular