17:07 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0231
MƏDƏNİYYƏT
Qısa URL
17 0 0

Məlumat üçün bildirək ki, Britaniya Film və Televiziya Sənətləri Akademiyası (BAFTA, The British Academy of Film and Television Arts) 1947-ci ildə Devid Lin tərəfindən yaranıb. Yarandığı ildən 1976-cı ilə qədər akademiya İngilis Film Akademiyası adlanıb.

BAKI, 14 aprel — Sputnik. BAFTA - 2021 mükafatlandırma mərasimi başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, tarixdə ilk dəfə olaraq mərasim iki gün çəkib.

"24 Kanal" bununla bağlı siyahını təqdim edib:

Ən yaxşı film — "Nomadland"

Ən yaxşı aktrisa — Frensis Makdormand, "Nomadland"

Ən yaxşı aktyor — Entoni Hopkins, "The Father"

Ən yaxşı rejissor — Xloya Çjao, "Nomadland"

Film üçün ən yaxşı musiqi — "Soul"

Ən yaxşı sənədli film — "My Octopus Teacher"

Britaniyalı yazıçı, rejissor və ya prodüser tərəfindən ən yaxşı debüt — Remi Viks, "His House"

İkinci planda ən yaxşı aktyor — Deniel Kaluya, "Judas and the Black Messiah"

Ən yaxşı orijinal ssenari — "Promising Young Woman"

İkinci planda ən yaxşı aktrisa — Yun Yo Çjon, "Minari"

Ən yaxşı operator işi — "Nomadland"

Əcnəbi dildə ən yaxşı film — "Druk"

Ən yaxşı animasiya filmi — "Soul"

Ən yaxşı uyğunlaşdırılmış ssenari — "The Father"

Ən yaxşı aktyor heyəti — "Rocks"

Ən yaxşı qısametrajlı animasiya filmi — "The Owl and the Pussycat"

Məlumat üçün bildirək ki, Britaniya Film və Televiziya Sənətləri Akademiyası (BAFTA, англ. The British Academy of Film and Television Arts) 1947-ci ildə Devid Lin tərəfindən yaranıb. Yarandığı ildən 1976-cı ilə qədər akademiya İngilis Film Akademiyası adlanıb. Sonradan Televiziya İstehsalçıları Gildiyası da akademiyaya qatılıb və 1976-cı ildə Britaniya Film və Televiziya Filmləri Akademiyası adlanmağa başlayıb.

Mükafat sahibləri mükafat olaraq qızıl maska ​​alırlar.

Əsas mövzular