03:16 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
MƏDƏNİYYƏT
Qısa URL
16 0 0

Onluğa müsabiqənin 2020-ci il təmsilçiləri "Little Big", 2019-cu ilin qalibi Dunkan Lourens və 2009-cu ildə birinci sırada qərarlaşan Aleksandr Rıbak da daxil olublar

 

BAKI, 1 aprel — Sputnik. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsi üçün təqdim etdiyi "Mata Hari" layihəsi beşlikdədir.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni Samirə Efendinin ifa etdiyi bəstə müsabiqənin rəsmi "Youtube" kanalında ən çox baxılanlar siyahısına daxil ola bilib.

Mart ayının nəticələrinə əsasən, "Mata Hari" 4-cü sırada qərarlaşıb. Sözügedən ekran işi 2 milyon 500 minə yaxın izlənilib.

Onluğa müsabiqənin 2020-ci il təmsilçiləri "Little Big", 2019-cu ilin qalibi Dunkan Lourens və 2009-cu ildə birinci sırada qərarlaşan Aleksandr Rıbak da daxil olublar.

Ən çox baxış toplayan isə Serbiyanın builki təmsilçisi "Hurricane" qrupunun "Loco-Loco" (təxminən 6 milyon 500 min baxış) adlı mahnısıdır.

Teqlər:
"Avroviziya" mahnı müsabiqəsi, video, mahnı, Samirə Efendi

Əsas mövzular