16:08 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
MƏDƏNİYYƏT
Qısa URL
2310

"Game changer"ə qədər Benksinin ən bahalı işi "Devolved Parliament" (Avtonom parlament) idi. Onu 2019-cu ilin oktyabrında 12 milyon dollara satmışdılar.

BAKI, 23 mart - Sputnik. Tanınmış küçə rəssamı Benksinin İngiltərədəki xəstəxanalardan birinə bağışladığı əsəri müəllif üçün rekord sayılan 23 milyon sollara satılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Christie's hərrac evinin keçirdiyi XX əsrin əsərlərinin onlayn satışının nəticələrində qeyd olunub. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

Ağ-qara rəngli şəkil yağlı boya ilə kətan üzərində çəkilib və oynayan uşağı əks etdirir. Onun əlində tibb bacısının fiquru var. Oyuncaq superqəhrəmanları xatırladır. Yaxınlıqdakı səbətdə isə Betmenlə Hörümçək adamın fiqurları görünür. Şəkil "Game changer" (Oyunu dəyişən) adlanır.

İlkin olaraq şəklə 3,5-4,8 milyon dollar qiymət qoyulmuşdu. Hərracda qazanılan pul Milli Səhiyyə Xidmətinin xərclərini ödəməyə yönəldiləcək. 

"Game changer"ə qədər Benksinin ən bahalı işi "Devolved Parliament" (Avtonom parlament) idi. Onu 2019-cu ilin oktyabrında 12 milyon dollara satmışdılar.

Benksinin başqa bir əsərini isə yandıraraq rəqəmsal aktivə çeviriblər.

Teqlər:
hərrac, rekord, əsər, rəssam, Benksi

Əsas mövzular