02:12 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
MƏDƏNİYYƏT
Qısa URL
21 0 0

İzmir bələdiyyəsi beynəlxalq müsabiqəyə təqdim olunmuş ən yaxşı əsərləri, o cümlədən həmyerlimiz Seyran Cəfərlinin əsərlərini özünəməxsus şəkildə şəhər əhalisinin mühakiməsinə təqdim edib.

BAKI, 19 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan karikaturaçılar birliyinin üzvü Seyran Cəfərlinin Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq karikatura müsabiqəsində birinci yeri tutmuş qadınlara qarşı zorakılığa həsr olunan karikaturası artıq şəhər sərnişin avtobuslarını bəzəyir. Rəssamın Sputnik Azərbaycana verdiyi məlumata görə, bu hadisə onun özü üçün də gözlənilməz olub.

"İzmir bələdiyyəsi beynəlxalq müsabiqəyə müxtəlif ölkələrdən olan karikaturaçılar tərəfindən təqdim olunmuş ən yaxşı əsərlərlə şəhər avtobuslarının üzərinə həkk etmək qərarına gəlib. Mənim üçün öz əsərimi də onların arasında görmək xoş idi", - deyə Cəfərli etiraf edib.

Qeyd edək ki, karikaturaçımız həm də ABŞ-da keçirilən "Cartoon Art Contest" beynəlxalq müsabiqəsinin münsiflər heyətinə də daxil edilib.

Seyran Cəfərli artıq 45-dən çox beynəlxalq karikatura müsabiqələrinə münsiflik edib, 150-dən çox beynəlxalq mükafata, o cümlədən BMT-nin xüsusi mükafatı ilə təltif olunub. Rəssamın mindən çox əsəri beynəlxalq müsabiqələrdə nümayiş olunub, albomlara daxil edilib. Onun fərdi sərgiləri Belçika, türkiyə, Fransa və İranda nümayiş olunub.

Əsas mövzular