17:50 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
MƏDƏNİYYƏT
Qısa URL
1763 0 0

Ramiz Hüseynzadə 1979-cu il sentyabrın 8-də Bakıda anadan olub. Müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. Ən məşhur layihələrindən biri "Tək səbir" olub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 mart - Sputnik. Aktyor Ramiz Hüseynzadə qəfildən vəfat edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə onun həmkarı Kənan Yusif sosial şəbəkədəki hesabında qeyd edib. 

Qeyd olunur ki, aktyor Ramiz Hüseynzadə beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Rejissor Ramin Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, dünən Ramiz Hüseynzadə komaya düşüb. 

Ramiz Hüseynzadə 1979-cu il sentyabrın 8-də Bakıda anadan olub. Müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəridir.

Teqlər:
vəfat, gənc, aktyor

Əsas mövzular