Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qobustandakı "Diri Baba" türbəsi bərpa olunacaq

Diri Baba türbəsi - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
"Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Qobustan rayonunda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası sahəsində işlərin davam etdirilməsi ilə bağlı tədbir nəzərdə tutulub.

BAKI, 10 mart — Sputnik. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qobustan rayonunda yerləşən "Diri Baba" türbəsinin bərpası və ərazidə abadlıq işləri üzrə layihə-smeta sənədləri hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Qobustan rayonunda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi ilə bağlı müvafiq tədbir nəzərdə tutulub.

Qeyd edək ki, hesabat sənədi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0