08:56 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
MƏDƏNİYYƏT
Qısa URL
34 0 0

Beynəlxalq təlimçilərlə keçirilən bu proqramda iştirak seçim yolu ilə baş tutacaq və təlimlərə qatılan iştirakçının hər birinə 200 dollar miqdarında təqaüd veriləcək.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı mentorluq və təlim proqramına qəbul elan edir. Proqramda sənədli film sahəsində uğurlu işlər görmüş beynəlxalq təlimçilərdən ibarət komanda layihə ideyası olan, lakin onu necə formalaşdırmalı olduğunu bilməyən sənədli film həvəskarları üçün silsilə təlimlər verəcək.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan festivalın icraçı direktoru – sənədli filmlər rejissoru Oktay Namazov bildirib ki, təlimlərə qoşulmaq istəyənlər arasında hər hansısa bir yaş məhdudiyyəti yoxdur: "İdeya limiti də yoxdur. İstənilən mövzuya toxuna bilərlər. Amma əsasən sosial mövzulara üstünlük verilir. Masterklasların məqsədi budur ki, Azərbaycanda gənc "filmmaker"lər, rejissorlar həmişə şikayət edirlər ki, ideyalarımızı gerçəkləşdirmək üçün maddi vəsait yoxdur. Biz isə onları təqaüd ala biləcəkləri qaynaqlarla birləşdiririk. İstəyirik ki, onlar öz layihələrini ərsəyə gətirə biləcək bir mərhələyə gətirək. Biz onlara layihədə lazım olacaq maddiyyatı necə əldə etməyi, layihələrinin icrasını müəyyən mərhələyə gətirməyi öyrədəcəyik".

Mentorluq proqramına bir neçə sənədli filmi ilə mükafatlar qazanmış Gürcüstandan sənədli film rejissoru Nino Orjonikidze rəhbərlik edəcək. Onun mentorluğu ilə ideyasını formalaşdırmağı və layihə halına salmağı öyrənən iştirakçılar ard-arda bir neçə təlimçidən fərqli mövzularda dərs ala biləcəklər. Təlimçilər arasında Hans Robert Eisenhauer, Likka Vehkalahti və digər sənədli film professionallarının adları da var. Beynəlxalq təlimçilərlə keçirilən bu proqramda iştirak seçim yolu ilə baş tutacaq və təlimlərə qatılan iştirakçının hər birinə 200 dollar miqdarında təqaüd veriləcək.

Əsas mövzular