12:10 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
MƏDƏNİYYƏT
Qısa URL
4610

Yaxın vaxtlarda rusiyalı tamaşaçılara yazıçı Vera Kamşanın romanları əsasında çəkilmiş "Eterna" serialı təqdim olunacaq. Azərbaycanlı aktyor orada vəliəhd şahzadəni canlandıracaq

BAKI, 31 yanvar - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı aktyor Anar Xəlilov Rusiyada səbirsizliklə gözlənilən "Eterna" fantastik serialında vəliəhd rolunu ifa edəcək.  

Aktyorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda filmin çəkilişləri "Lenfilm"in pavilyonlarında davam edir. 

Serial yazıçı Vera Kamşanın "Eternanın əks-sədası" romanları əsasında çəkilir. Layihəyə 2020-ci ilin sentyabrında start verilib. Serialın prodüseri Yevgeni Baranov, rejissoru Yevgeni Nevski, ssenaristi Sergey Yudakovdur. Ümumilikdə beş mövsüm davam edəcəyi nəzərdə tutulur. Birincisi yaxın günlərdə təqdim olunacaq. 

"Serialda Aldo Rakana adlı qəhrəmanı oynayıram. O, vəliəhd şahzadədir. Rakana hakimiyyətə gəlmək niyyətindədir və bunun üçün əlindən gələni edir. Rol çox xoşuma gəlir. Əminəm ki, tamaşaçılar da bəyənəcəklər. Ona görə hətta imicimi də dəyişdim, saçımı daha açıq rəngə boyadım", - Xəlilov deyib. 

Serialdakı hadisələr qədim Aqaris şəhərində baş verir. Süjetə görə, dünya Qərinələrin Dəyişməsinın astanasındadır. Başı müharibə və intriqalara qarışan insanlar əvvəlki tanrılarının nəsihətlərini unudublar, fəlakətin lap yaxında olduğunu dərk eləmirlər.

Serialın qəhrəmanı hersoq Riçard Okdell Qayaların hökmdarıdır. O, həlak olmuş üsyançının oğludur, qədim nəslinin əvvəlki şöhrətini qaytarmaq və atasının intiqamını almaq fikrindədir. İldırımlar hökmdarı Rober Epine isə hakimiyyətdən uzaqlaşdırılmış şahzadə Aldo Rakanaya əcdadlarının taxt-tacını qaytarmağa kömək edir. 

Anar Xəlilovla yanaşı, serialda məşhur rus aktyorlar - Denis Nurulin, Yuri Çursin, Pyotr Semak, Leonid Biçevin və Kirill Zaytsev - də rol alıblar. 

Anar Xəlilov Şukin adına Teatr İnstitutunun məzunudur. Rusiyanın Xalq artisti Lüdmila Maksakovanın tələbəsidir. O, İlqar Safatın "Daxili şəhər" filmində oynayıb. Xəlilov həmçinin müxtəlif fotolayihələrdə modellik edir. O, Rusiyanın "Məxməri mövsüm", "Mask-E-rad", "Qonaqlar" kimi populyar filmlərində rol alıb. 

Teqlər:
video, aktyor, azərbaycanlı, Rusiya, serial

Əsas mövzular