Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Opera və Balet Teatrından "Nizami Gəncəvi İli"nə töhfə

Abunə olmaq
Balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş edən şair və mütəfəkkirin həyat və yaradıcılığına həsr edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Azərbaycan Dövlət Opera və Balet Teatrı "Nizami Gəncəvi İli" çərçivəsində yeni bir səhnə əsəri – görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nizami" baletini səhnəyə qoyacaq.

Bu barədə Sputnik Azərbaycan-a danışan teatrın mətbuat katibi Şükufə Ağamirzəyeva bildirib ki, balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş edən şair və mütəfəkkirin həyat və yaradıcılığına həsr edilib: "Layihənin təşəbbüsçüsü və rəhbəri – teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru – teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir".

Mətbuat katibinin sözlərinə görə, hazırda yaradıcı qrup quruluş üzərində gərgin iş aparır: "Dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Səhnə əsərinin nümayişi bu ilin yazında nəzərdə tutulur".

Xəbər lenti
0