20:32 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
MƏDƏNİYYƏT
Qısa URL
18 0 0

Klipi haqqında "Instagram" hesabında məlumat verən Xalq artisti bu sözləri yazıb: "Doğum günümdə təqdim etdiyim yeni layihəmi, gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm.

BAKI, 28 yanvar — Sputnik. Xalq artisti Aygün Kazımova doğum günündə pərəstişkarlarını sevindirib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Bu qadın" adlı klipini təqdim edib. Səhnəmizin divası klipini öz "Youtube" kanalında paylaşıb.

Klipi haqqında "Instagram" hesabında məlumat verən Xalq artisti bu sözləri yazıb: "Doğum günümdə təqdim etdiyim yeni layihəmi, gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm. "Bu qadın" tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq".

Xəbər verdiyimiz kimi, klipin çəkilişləri İstanbulda həyata keçirilib. Klipin müəllifi türkiyəli rejissor Səlim Akardır.

Əsas mövzular