Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan gözəli anoreksiyaya mübtəladır, 38 kq-a düşüb

© Photo : Instagram / semrahuseinovaСямра Гусейнова, фото из архива
Сямра Гусейнова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış azərbaycanlı model Səmra Hüseynova onu narahat etməyi, həyəxanlandırmamağı xahiş edib, çünki yayın əvvəlinədək əvvəlki çəkisini qaytarmaq istəyir

BAKI, 11 yanvar - Sputnik, Kəmalə Əliyeva. "Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynova etiraf edib ki, anoreksiyadan əziyyət çəkir və hazırda çəkisi 38 kq-dır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Instagram səhifəsinin hekayələr bölümündə məlumat verib. Onun sözlərinə görə, bir çox modellər bu xəstəlikdən əziyyət çəkirlər. İndi Hüseynova çıkisini artırmaq üçün əlindən gələni etdiyini deyir.

© Photo : Instagram / semrahuseinovaSəmra Hüseynovanın Instagram hekayəsinin skrinşotu
Azərbaycan gözəli anoreksiyaya mübtəladır, 38 kq-a düşüb - Sputnik Azərbaycan
Səmra Hüseynovanın Instagram hekayəsinin skrinşotu

"Model karyerasının minuslarından biridir. Həyəcanlanmaq olmaz. Hamıdan mənə dəstək olmağını istəyirəm, pis xəbərlər deməyin, həyəcanlanmaq olmaz. Yaya qədər əvvəlki Səmra olmaq niyyətim var", - model yazıb.

Səmra Hüseynova Azərbaycan modelləri arasında ən ekstravaqantlardan sayılır. O, istənilən eksperimentə hazırdır. Dəb nümayişlərində iştirak edir, tanınmış brendlərin reklam çarxlarında çəkilir. Model tez-tez açıq-saçıq fotolayihələrdə iştirak edir və onları sosial şəbəkədə paylaşmaqla böyük rezonans yaradır.

Xəbər lenti
0