23:15 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
MƏDƏNİYYƏT
Qısa URL
15202

Çəkildiyi filmlərin bir çoxu Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır və sənətkarın bizdən ötrü bir özəlliyi budur ki, onun damarlarından azərbaycanlı qanı axır.

BAKI, 31 dekabr - Sputnik. Azərbaycan əsilli fransalı aktyor, rejissor və senarist Rober Osseyn 94 yaşında vıfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə  Le Point qəzeti yazır.

Bildirilir ki, aktyor koronavirusa yoluxubmuş. O, doğum gününün səhəri gözlərini əbədi yumub. Aktyor COVID-19-a başqa səbəbdən aparıldığı xəstəxanada yoluxubmuş. 

Qeyd edək ki, Rober Osseyn 1927-də Parisdə anadan olub. Atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından imiş. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət edib. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınıb. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olub.

Rober Osseynin kino karyerası Pol Kadeakın 1954-cü ildə çəkdiyi "Sarışınlar sahili" filmindəki rolu ilə başlayıb. O, kino həvəskarlarının yadında qamətli, aydın sifətli, duru baxışlı gənc olaraq qalıb. Təbii ki, hər şeydən əvvəl Roberi tamaşaçılara sevdirən onun istedadı, təbii oyunu, ustalıqla yaratdığı maraqlı ekran qəhrəmanlarıdır. Hansı mövzulu filmlərdə çəkilirsə çəkilsin, Roberin qəhrəmanları tamaşaçıya yaxındır, əzizdir. O, qəhrəmanlarını sevməyi və sevdirməyi bacarır.

Yaradıcılığı həmişə kino həvəskarlarının diqqət mərkəzində olub. Çəkildiyi filmlərin bir çoxu Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır və sənətkarın bizdən ötrü bir özəlliyi budur ki, onun damarlarından azərbaycanlı qanı axır. Rober Osseynin yaradacılığına nəzər salanda görürük ki, sənətə gəlişi təsadüfi olmayıb. Əvvəla, ona görə ki, Rober sənətçi ailəsində dünyaya göz açıb. Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb. Paris həyatına qaynayıb-qarışmaqdan ötrü o, Andre Osseyn adıyla çıxış eləyib. Əslən səmərqəndli, milliyətcə azərbaycanlı olan Əminulla Hüseynov sovet hakimiyyəti qurulduqdan sonra mühacir dalğasının vətəndən uzaqlara atdığı ziyalılardandır. Berlində rus mühacirinin qızı Anna Minevskaya ilə tanış olur, onunla evlənməyi qərara alır. Bir neçə aydan sonra Parisə köçürlər. İlk baxışdan qayğısız və cəlbedici görünən dəbdəbəli Paris həyatı gənc ailəni o qədər də xoş və gülərüz qarşılamır.

Teqlər:
vəfat, Fransa, aktyor, Rober Osseyn

Əsas mövzular