04:38 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
MƏDƏNİYYƏT
Qısa URL
58 0 0

Yaradıcılıq fəaliyyətinə uğurla başlayan aktrisa "Antiqona"da İsmena, C.Cabbarlının "Aydın" əsərində Gültəkin, M.Qorkinin "Qoca" əsərində Marina, Anarın "Təhminə və Zaur"unda Mədinə və s. obrazlarını yaradıb

BAKI, 11 dekabr — Sputnik. Gəncə Dövlət Dram Teatrının aktrisası Laləzar Ocaqquliyeva vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gəncə Dövlət Dram Teatrının "facebook" səhifəsində məlumat verilib. Aktrisanın ölüm səbəbi məlum deyil. Qeyd edək ki, Laləzar Hüseyn qızı Ocaqquliyeva 1954-cü ildə anadan olub. Yaradıcılıq fəaliyyətinə uğurla başlayan aktrisa "Antiqona"da İsmena, C.Cabbarlının "Aydın" əsərində Gültəkin, M.Qorkinin "Qoca" əsərində Marina, Anarın "Təhminə və Zaur"unda Mədinə və s. rolları ifa edib.

Aktrisa L.Ocaqquliyevanın yaradıcılığı bir ara Nizami Poeziya Teatrı ilə də bağlı olub. Nizaminin "Xəmsə"sinin motivləri əsasında teatrda tamaşaya qoyulan "Xeyir və Şər", "Xosrov və Şirin", "Gül və zəhər", "Leyli və Məcnun" və "Zəhmət dastanı" tamaşalarında bir sıra yaddaqalan obrazlar yaradıb.

Teqlər:
Gəncə, vəfat, azərbaycanlı, aktrisa

Əsas mövzular