CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkdar rəssam vəfat etdi

© pixabay / PavlofoxЧеловек зажигает свечу в темноте, фото из архива
Человек зажигает свечу в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun oğlunun bildirdiyinə görə, atası uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş. Rəssam bu gün Maştağa qəsəbə qəbiristanlığında dəfn olunacaq

BAKI, 3 dekabr — Sputnik. Əməkdar rəssam Rafael Abbasov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mərhum rəssamın oğlu Rəşad Abbasov məlumat verib.

Mərhumun oğlunun bildirdiyinə görə, atası uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş. O, Əməkdar rəssamın bu gün günorta saatlarında vəfat etdiyini bildirib. Rəssam bu gün Maştağa qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Rafael Abbas oğlu Abbasov 1943-cü ildə Bakıda anadan olub. 1960 – 1965-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1968-1974-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət Universitetini bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1967-ci ildən Respublika və beynəlxalq sərgilərin iştirakçısı olub.

2006-cı ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri-Lankada nümayiş etdirilib. Əsərləri Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Türkiyə, Özbəkistan, Latviya, Belarus, Rusiya qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

Xəbər lenti
0