CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Muğam ustadı vəfat edib

© Sputnik / Kemale AliyevaВыставка "Музыкальные инструменты исламского мира"
Выставка Музыкальные инструменты исламского мира - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun illər Azərbaycan muğamlarının təbliği və yaşadılması yolunda xidmətlər göstərən Azərbaycanın Əməkdar artisti, Prezidentin fəxri təqaüdçüsü Qaraxan Behbudov uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib.

BAKI, 18 noyabr — Sputnik. Uzun illər Azərbaycan muğamlarının təbliği və yaşadılması yolunda xidmətlər göstərən Azərbaycanın Əməkdar artisti, Prezidentin fəxri təqaüdçüsü Qaraxan Behbudov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, Qaraxan Behbudov uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib.

Qeyd edək ki, Qaraxan Behbudov 1935-ci ildə Ağdam rayonunda anadan olub. Xan Şuşiniski məktəbinin yetirməsi olan Behbudovun "Qarabağ xananəndələri" albomunda da səs yazıları var. O, "Bayatı-Şiraz" muğamının mahir, orijinal ifaçısı kimi tanınıb. Ötən əsrin altmışıncı illərinin ortalarında Opera və Balet Teatrında fəaliyyət göstərmiş Qaraxan Behbudov Respublikanın xalq artisti Zeynəb Xanlarova və Rəsmiyyə Sadıqova ilə birlikdə "Leyli və Məcnun"u hazırlayıb.

Xəbər lenti
0