16:40 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
10 0 0

İştirakçılar canlı olaraq xalça kəsimi mərasimini izləyəcək, azərbaycanlı və xarici xalça mütəxəssislərinin görkəmli alim Lətif Kərimovla bağlı xatirələri, muzeyin "səhnəarxası" işi ilə tanış olacaqlar.

BAKI, 14 noyabr — Sputnik. Noyabrın 16-17-də Azərbaycan Milli Xalça Muzeyi ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi, görkəmli alim, üç cildlik "Azərbaycan xalçası" fundamental əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günü münasibətilə isə onlayn formatda silsilə tədbirlər keçirəcək.

Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar", "Tanınmış simalarla virtual tur" layihələri, muzeyin kolleksiyasında qorunan sənət incilərinin müxtəlif rakurslarda öz əksini tapdığı fotolar əsasında hazırlanan videoçarx təqdim olunacaq. Eyni zamanda, iştirakçılar canlı olaraq xalça kəsimi mərasimini izləyəcək, azərbaycanlı və xarici xalça mütəxəssislərinin görkəmli alim Lətif Kərimovla bağlı xatirələri, muzeyin "səhnəarxası" işi ilə tanış olacaqlar. Hər zaman olduğu kimi, bayram həftəsində azyaşlı izləyicilər də diqqətdən kənarda qalmayacaq.

Əsas mövzular