04:27 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
9310

"Ən yaxşı foto təsadüfən tutulan andır. Müxtəlif saytlardan xahiş edirəm, səhifəmdəki şəkilləri "Nailə xanım belə dəyişdi" deyə paylaşmasınlar"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Uzun illərin aparıcısı, Əməkdar artist Nailə İslamzadə obyektiv qarşısına keçib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aparıcı fərqli görünüşü ilə diqqət çəkib. Gözəlliyi ilə illərə meydan oxuyan aparıcı xanımın stili üzərində Elnur Həsənov çalışıb. İslamzadənin fotolarının müəllifi isə Niko Abbasovdur.

Aparıcı şəkilləri özünün "Instagram" və "Facebook" səhifəsində paylaşaraq "Ən yaxşı foto təsadüfən tutulan andır. Müxtəlif saytlardan xahiş edirəm, səhifəmdəki şəkilləri "Nailə xanım belə dəyişdi" deyə paylaşmasınlar. Nailə xanım dəyişməyib, bu sadəcə baxışın, işığın və stilistin işidir. Əsas olan insanın xaricdən deyil, daxildən özünə baxa bilməsidir" sözlərini bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Naile (@naileislamzade)

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Televiziyasında uzun illər diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərən İslamzadə işlədiyi müddət ərzində "Xəbərlər" proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olub. 1998-ci ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb. Daha sonra Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyən Nailə xanım, eyni zamanda Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısı olub. Hazırda İTV-də "Ötən günlər" verilişinin aparıcısıdır.

Əlaqədar

Yeni imici onu tanınmaz hala salıb
Azərbaycanlı müğənni məşhur verilişin aparıcısı oldu
Cazibədar rəqqasə serial çəkir
Xınalıqlı qıza görə "Ən yaxşı aktrisa" diplomuna layiq görüldü
Azərbaycanlı qız Rusiya kinematoqrafını fəth edir: ətrafı da kişilərlə doludur - FOTO
Teqlər:
TRT, AzTV, imic, Nailə İslamzadə, teleaparıcı, aparıcı

Əsas mövzular