00:50 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
8002

Hər kəsin "Madaqaskar" cizgi filmindən gözəl tanıdığı "I Like To Move It" mahnısının yaradıcısı bu gün dünyasını dəyişib

BAKI, 1 sentyabr — Sputnik. 1993-cü ildə “I Like To Move It” mahnısı ilə məşhurlaşan dicey Erik Morilyo Floridada ölü tapılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə SkyNews məlumat yayıb.

Polisin verdiyi məlumata görə, 49 yaşlı musiqiçinin cansız bədəni bu səhər (yerli vaxtla) Mayam-Biçdəki evlərdən birində aşkarlanıb.

​Mayami polisinin zabiti Ernesto Rodriges bildirib ki, yerli vaxtla 10:42-də La Gorce Drive 5660 ünvanından təcili yardım istəyilə zəng daxil olub: “Detektivlər hazırda hadisə yerindədirlər”. 

Kolumbiya əsilli dicey müxtəlif ləqəblərlə musiqi yaradıb. Reel 2 Real ləqəbi ilə yazdığı, onu çox məşhurlaşdıran “I Like To Move It” mahnısı isə 1994-cü ildə Böyük Britaniyada sinqlların çartında 5-ci yerə çıxmaqla yanaşı, illər boyu bir neçə filmdə və reklamlarda istifadə olundu. Son illərdə isə “Madaqaskar” cizgi filmi ilə yenidən dinləyiciləri fəth elədi.

Əsas mövzular