00:08 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
22710

Britaniyalı ulduz serial rekvizitinin fotosunu özünün "Instagram" hesabının "hekayə" bölümündə paylaşıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. 10 ilə yaxındır ki, davam edən "Taxt oyunları" serialında "Sansa Stark" rolu ilə tanınan britaniyalı aktrisa Sofi Törner çəkilişlər zamanı istifadə edilən taxtını evinə aparıb.

Sputnik Azərbaycan xəbər verir ki, britaniyalı ulduz rekvizitin fotosunu özünün "Instagram" hesabının "hekayə" bölümündə paylaşıb. "Evinə xoş gəldin" deyə o, şəkli şərh edib.

Sofi Törnerin həyat yoldaşı, "Jonas Brothers" qrupunun üzvü Co Conas da analoji fotonu öz "hekayə"sində paylaşaraq, "bax, belə xəbərlər" şərhini yazıb.

Qeyd edək ki, ABŞ fentezi-dram teleserialı olan "Taxt oyunları"nın birinci mövsümünün premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında baş tutub. Serialın birinci mövsümü 10 seriyadan, hər seriyası isə təxminən 55 dəqiqədən ibarət olub. Birinci mövsüm Corc Martin tərəfindən yazılmış "Buz və alovun nəğməsi" seriyasından ilk roman olan "Taxt oyunları" əsəri əsasında çəkilib. Devid Benioff və D.B. Vays tərəfindən roman televiziyaya uyğunlaşdırılıb. HBO telekanalı, 2008-ci ilin noyabrında pilot seriyanı sifariş etsə də, çəkilişlərə yalnız növbəti il başlanılıb. Lakin pilot seriya qeyri-qənaətbəxş hesab olunmuş və HBO serialda bəzi rolları yenidən işlədikdən sonra serialı təkrar çəkmək qərarına gəliblər. 2010-cu ilin martında HBO ilk mövsümün çəkilməsini sifariş edib. 2010-cu ilin iyul ayında serialın çəkilişlərinə ilk növbədə Şimali İrlandiyanın Belfast şəhərində başlanıb, bundan əlavə olaraq çəkilişlər Maltada davam etdirilib.

Serialın hekayəsi uydurma dünyada, ilk növbədə Vesteros adlanan qitədə, daha sonra isə Esteros adlanan digər qitədə bir hekayənin meydana gəlməsi ilə baş verir. Serialın ilk mövsümündə zadəgan Eddard Starkın ailəsi, kralının və uzunmüddətli dostunun baş məsləhətçisi olmaq istəyən Robert Barateon diqqət mərkəzindədir. Ned, kralın əvvəlki baş məsləhətçisi Con Arrini kimin öldürüldüyünü tapmağa çalışmalı və onun ailəsini onların rəqibi Lannisterlərdən qorumalıdır. O, Lannisterlər barədə qaranlıq sirlər, onun sələfinin ölümə məruz qaldığının üstünü açır. Eyni zamanda Essosdan sürgün edilmiş keçmiş kralın oğlu Vizeris Taqaryan hələ də hesab edir ki, onun taxt-taca layiqli iddiası var.

Əlaqədar

"Qadına şiddət göstərən biri ilə eyni filmdə, serialda oynamaram"
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Telekanallarımızın mətbəxindən boylanan piratlar: əcnəbi gəlincə faş oldular
"Netflix"in ulduzu intihar etdi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

Əsas mövzular