01:34 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
29 0 0

Pandemiyaya görə Rober Osseyninin mükafatının təqdimatı onun hazırda yaşadığı Vittel kommunasında təşkil edilmiş rəmzi mərasimdə təqdim olunub.

BAKI, 21 avqust — Sputnik. Azərbaycan əsilli fransız aktyor, rejissor və senarist Robert Osseyn Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.

Pandemiyaya görə R.Osseynin mükafatının təqdimatı onun hazırda yaşadığı Vittel kommunasında təşkil edilmiş rəmzi mərasimdə təqdim olunub.

Kiyev Beynəlxalq Molodist Film Festivalı Ukraynanın ən mühüm festivallarından biri hesab olunur. 1970-ci ildən fəaliyyət göstərən bu festivalda qısa və uzun metrajlı, eləcə də tələbə filmlərinin premyerası təqdim olunur.

Qeyd edək ki, Robert Osseyn 1927-də Parisdə anadan olub. Atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından imiş. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət edib. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınıb. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olub.

DAXİLDƏKİ ADA filmindən səhnə
© Photo : Ru Hasanov / THE ISLAND WITHIN / 2020

Rober Osseynin kino karyerası Pol Kadeakın 1954-cü ildə çəkdiyi "Sarışınlar sahili" filmindəki rolu ilə başlayıb. O, kino həvəskarlarının yadında qamətli, aydın sifətli, duru baxışlı gənc olaraq qalıb. Təbii ki, hər şeydən əvvəl Roberi tamaşaçılara sevdirən onun istedadı, təbii oyunu, ustalıqla yaratdığı maraqlı ekran qəhrəmanlarıdır. Hansı mövzulu filmlərdə çəkilirsə çəkilsin, Roberin qəhrəmanları tamaşaçıya yaxındır, əzizdir. O, qəhrəmanlarını sevməyi və sevdirməyi bacarır.

Yaradıcılığı həmişə kino həvəskarlarının diqqət mərkəzində olub. Çəkildiyi filmlərin bir çoxu Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır və sənətkarın bizdən ötrü bir özəlliyi budur ki, onun damarlarından azərbaycanlı qanı axır. Rober Osseynin yaradacılığına nəzər salanda görürük ki, sənətə gəlişi təsadüfi olmayıb. Əvvəla, ona görə ki, Rober sənətçi ailəsində dünyaya göz açıb. Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb. Paris həyatına qaynayıb-qarışmaqdan ötrü o, Andre Osseyn adıyla çıxış eləyib. Əslən səmərqəndli, milliyətcə azərbaycanlı olan Əminulla Hüseynov sovet hakimiyyəti qurulduqdan sonra mühacir dalğasının vətəndən uzaqlara atdığı ziyalılardandır. Berlində rus mühacirinin qızı Anna Minevskaya ilə tanış olur, onunla evlənməyi qərara alır. Bir neçə aydan sonra Parisə köçürlər. İlk baxışdan qayğısız və cəlbedici görünən dəbdəbəli Paris həyatı gənc ailəni o qədər də xoş və gülərüz qarşılamır.

Əsas mövzular