CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balaş Qasımovun komandası Moskvada qalib gəldi - VİDEO

Abunə olmaq
Azərbaycanlı intellektualın komandası Rusiyanın ən məşhur oyununda əvvəlcə məğlub olsa da, sonra 6:5 hesabı ilə tamaşaçılara qalib gəlib

BAKI, 8 iyun — Sputnik, Kəmalə Əliyeva. Balaş Qasımovun komandası Rusiyanın Birinci kanalının "Nə? Harda? Nə vaxt?" intellektual klubunun oyununun Moskvada keçirilən yay seriyasında finala çıxıb.

Bu barədə Sputnik Azərbaycan-a komanda üzvləri məlumat veriblər. Təəssüf ki, koronavirus pandemiyası ucbatından görüşdə bütün oyunçular iştirak edə bilməyiblər. 

Oyunda ikiqat "Büllur bayquş" sahibləri Yelizaveta Ovdeyenko, Mixail Skipski, üçqat "Büllur bayquş" sahibləri Yuliya Lazareva və Dmitri Avdeyenko iştirak ediblər. Balaş Qasımov və Elman Talıbov isə koronavirus pandemiyası səbəbindən sərhəd bağlı olduğu üçün Moskvaya gedə bilməyiblər. Onları Anastasiya Şutova və Sergey Nikolenko əvəz etməli olublar.

Komandanın kapitanı Mixail Skipski seçilib. Oyunçular əvvəlcə məğlub olsalar da, 6:5 hesabı ilə tamaşaçılara qalib gəlməyə müvəffəq olublar. İştirakçılar çətinliyinə baxmayaraq, ardıcıl surətdə altı suala düzgün cavab verə biliblər.

Xəbər lenti
0