Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ukraynada daha bir ulduzumuz parladı - VİDEO

© Photo : Facebook / Искендер ГасанзадеИскендер Гасанзаде, фото из архива
Искендер Гасанзаде, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Ukrayna layihəsinin digər qalibləri kimi, ifaçı İsgəndər Həsənzadə də gələn il onun açılışında iştirak edəcək

BAKI, 8 iyun-Sputnik, Kəmalə Əliyeva. Gənc azərbaycanlı ifaçı İsgəndər Həsənzadə Ukraynada keçirilən "Kviti Zimtserli-2020" beynəlxalq ifaçılarının müsabiqəsində birinci yeri tutub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu layihə hər il müxtəlif ölkələrdən olan gənc ifaçıların iştirakı ilə həyata keçirilir. Həsənzadə öz istedadı sayəsində "Estrada mahnısı" kateqoriyasında birinci yeri tuta bilib.

Müsabiqənin təşkilatçıları digər qaliblər kimi, Azərbaycan ifaçısını da layihənin 2021-ci ildə Xarkov şəhərində keçiriləcək açılışında iştiraka dəvət ediblər.

İsgəndər Həsənzadə beş yaşından vokalla məşğul olur, altı yaşından isə Georgi Şaroyev adına 35 saylı Bakı Uşaq Musiqi Məktəbində təhsil alır. İndiyədək 15 musiqi müsabiqəsində iştirak edib. Riga Simphony 2019 Beynəlxalq festivalının, Yelena Obraztsova adına gənc vokalçıların müsabiqəsinin, "Uşaq yeni dalğası-2019" musiqi müsabiqəsinin finalçısı, "Slavyan bazarı-uşaqlar-2019"müsabiqəsinin laureatıdır. O, Bakı Beynəlxalq "Qış-2" musiqi festivalında da iştirak edib.

Xəbər lenti
0