09:46 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
61 0 0

Rusiyada yaşayan azərbaycanlı müğənni Nigar Cəfərova Anna Hermanın məşhur mahnısını oxuyub və onun Moskvada çəkilmiş klipini təqdim edib.

BAKI, 5 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı ifaçı Nigar Cəfərova Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş "Exo lyubvi" ("Sevginin əks-sədası") mahnısının klipini təqdim edib. Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib. Filmin çəkilişləri Moskvada aparılıb.

Bu kompozisiyanı vaxtilə məşhur polşalı müğənni Anna Herman ifa edib. Klipin çəkilişlərində çəkiliş komandasının üzvləri də daxil olmaqla, 50-yə yaxın insan iştirak edib. Çarx Qazaxıstandan olan və rejissorluq fəaliyyətinə yeni başlayan Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi Yelaman Şaubanov tərəfindən çəkilib. Klipin süjetində müharibə veteranının sevgi hekayəsi təsvir edilir. O, nəvəsinin qoyduğu mahnıya qulaq asır və təsəvvüründə döyüşlərdə həlak olmuş ərinin xatirəsi canlanır. Əri cəbhədən dönməsə də, onun sevgisi və xatirəsi qadının ürəyində yaşayır.

Nigar Cəfərova beynəlxalq müsabiqələr laureatıdır. O, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının akademik vokal sinfini bitirib. SSRİ və Azərbaycanın Xalq artisti, opera müğənnisi, professor Fidan Qasımovanın tələbəsi olub.

O, 2017-ci ildə "Moskva istedadlara inanır" beynəlxalq müsabiqəsinin ikinci dərəcəli, Bakıda keçirilən "Kaspiyskiy briz" beynəlxalq festivalının və Sankt-Peterburqda keçirilən Salyut talantov" beynəlxalq musiqi müsabiqəsinin birinci dərəcəli laureatı olub. Hazırda Rusiyada yaradıcılıqla məşğul olur.

Əsas mövzular