10:52 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

Raxşan Bani Etemad karyerasına 1989-cu ildən başlayıb. Onun "Adamlar", "Hekayələr", "Qan oyunu", "Gilan", "Şəhərin dərisi altında", "Ordibeheştin xanımı", "Göy yaylıq" və "Nərgiz" kimi filmləri məşhurdur

BAKI, 30 mart — Sputnik. İranlı qadın rejissor Raxşan Bani Etemad IMDb versiyasına görə, tarixin ən yaxşı qadın rejissorları sırasına düşüb.

IMDb kimi tanınan filmlərin məlumat bazası qadın kinematoqrafçıların çəkdikləri ən yaxşı filmlərdən videodaycest hazırlayıb. Sputnik Azərbaycan İRNA-ya istinadla xəbər verir ki, iranlı rejissor Raxşan Bani Etemadın "Nağıllar" filmi də bu video daxilində nümayiş etdirilib.

​Raxşan Bani Etemad karyerasına 1989-cu ildən başlayıb. Onun "Adamlar", "Hekayələr", "Qan oyunu", "Gilan", "Şəhərin dərisi altında", "Ordibeheştin xanımı", "Göy yaylıq" və "Nərgiz" kimi filmləri məşhurdur.

Əsas mövzular