CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qaraçı" Aygün: bu dəfə yalnızdır - VİDEO

© Sputnik / Murad OrujovВыступление Народного артиста России Филиппа Киркорова и Народной артистки Азербайджана Айгюн Кязымовой на музыкальном фестивале "Жара-2019"
Выступление Народного артиста России Филиппа Киркорова и Народной артистки Азербайджана Айгюн Кязымовой на музыкальном фестивале Жара-2019 - Sputnik Azərbaycan
Abunə olmaq
Aygün Kazımova bir vaxtlar rusiyalı həmkarı ilə oxuduğu köhnə mahnısına təzə klip çəkdirib. Klipin bircə qəhrəmanı var

BAKI, 22 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Aygün Kazımova "Calma" mahnısına klip çəkdirib.

Sputnik Azərbaycan bildirir ki, bu dəfə o, mahnını Rusiyanın Xalq artisti Filipp Kirkorovsuz ifa edib.

Klipin rejissoru əsasən Rusiyanın Xalq artisti Alla Puqaçova ilə əməkdaşlıq edən stilist, müğənni və klipmeyker Alişerdir. Alişer məhz bu mahnı üçün daha bir klipi "Jara-2019" beynəlxalq musiqi festivalında çəkmişdi - həmin vaxt Aygünlə Filipp mahnını duet oxumuşdular. Bu dəfə isə rejissor klip üçün məkan olaraq İçərişəhəri seçib.

Xatırladaq ki, ilk dəfə bu mahnını Kazımova ilə Kirkorov 13 il əvvəl, Aygün özünün 35 yaşı münasibətilə Moskva Kremlində verdiyi konsertdə oxumuşdular. "Calma"nın yenilənmiş versiyası "Jara-2019" beynəlxalq musiqi festivalında səslənmişdi. 

Aygün Kazımova - Azərbaycan pop musiqisinin ən tanınmış müğənnilərindəndir. Onun karyerası "Bakı payızı-88" musiqi festivalında qələbədən sonra başlayıb. Sonra Yurmaladakı və "Asiya Dausı" müsabiqələrində iştirak edib. 1996-cı ildə İstanbulda beynəlxalq müsabiqənin laureatı olub. Müğənni həm Azərbaycanda, həm xaricdə konsertlər verib.

Xəbər lenti
0