08:04 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
52 0 0

"Heç kim "ağıllı" məsləhət verməsin ki, niyə yazmısan. Sözü hara və niyə yazdığımı əla bilirəm. Çoxdandır yazmırdım, elə bilməyin ki, görmürəm"

BAKI, 21 fevral — Sputnik. "Film kastinqi keçirirlər, büdcədən pul ayrılır. Özü də peşəkar yerdə - ən azından adı peşəkardır. Amma aktyorların, aktrisaların xəbəri olmur. Kim seçir, necə seçir - bilinmir".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri "Ata ocağı" serialının aktrisası Zülfiyyə Qurbanova "Facebook" hesabında yazıb.

O, rejissorların filmlərinə dost-tanışlarını çəkdiyini, peşəkar sənətçilərə çox az yer verdiyini qeyd edib:

"Sən çağır, alınmasın, rola uyğun olmasın, qabiliyyəti qane etməsin, amma çağır. Deyirəm ki, özfəaliyyətə çevirmisiniz. Sonra da deyirlər ki, niyə filan yerdə - bazada şəklin yoxdur? Şərait yaradırsınız ki, şəklimiz olsun? Adam istəyir ki, danışmasın, ancaq alınmır.

Çevrəmdəki adamlar da qəribədirlər: Kömək lazım olanda, işlərinin dəyərini qaldırmaq, rolun yükünü ancaq istedadlı, peşəkar aktrisanın daşıyacağı iş olanda dil tökürlər ki, ay istedadlısan, filan işdə "dağıtmısan". Haşiyəyə çıxaraq qeyd edim ki, hər zaman işim var: filmim, serialım. Hər zaman olacaq da. Lakin adamı qanmaz yerinə qoymayın. Heç kim "ağıllı" məsləhət verməsin ki, niyə yazmısan. Sözü hara və niyə yazdığımı əla bilirəm. Çoxdandır yazmırdım, elə bilməyin ki, görmürəm".

Qeyd edək ki, Zülfiyyə Qurbanova 2007-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayıb, hazırda teatrın aparıcı aktrisalarından biridir. O, Azərbaycandan Kann film festivalında iştirak edən ilk Azərbaycanlı aktrisadır.

Əlaqədar

Agent Malderin budəfəki məxfi materialı Azərbaycanla bağlıdır
Sumqayıt teatrı uzun illərdən sonra monotamaşa təqdim edəcək
Maqomayevdən bəhs edən serial gəlir – Treyleri yayıldı
Elçin Cəfərov məşhur müsabiqəni yıxıb-sürüdü
Eldar Qasımov: "Ona müvəqqəti stop qoymuşam" - FOTO

Əsas mövzular