CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti Vyana səhnəsini fəth etdi

© Sputnik / Ekaterina Lyizlova / Mediabanka keçidОперный певец Юсиф Эйвазов, фото из архива
Оперный певец Юсиф Эйвазов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Macarıstan Dövlət Operasının Orkestrinin müşayiəti ilə keçən konsertin dirijoru Mikelancelo Mazza olub.

BAKI, 21 fevral — Sputnik. Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov Vyanada "Konserthaus" Mədəniyyət Evinin "Böyük zal"ında geniş konsert proqramı ilə çıxış ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, Avstriyanın ən böyük konsert zallarından biri hesab edilən "Böyük zal"dakı konsert anşlaqla keçib. Konsertin proqramında italyan bəstəkarları Cüzeppe Verdi və Cakomo Puççininin əsərləri yer alıb. Macarıstan Dövlət Operasının Orkestrinin müşayiəti ilə keçən konsertin dirijoru Mikelancelo Mazza olub.

Dünya klassik musiqi səhnəsində özünəməxsus yerə malik cütlüyün konserti tələbkar Vyana musiqisevərləri tərəfindən böyük maraq və vurğunluqla qarşılanıb. Qeyd edilməlidir ki, cütlüyün 2020-ci ildə verəcəyi konsertlər tamamilə italyan bəstəkarların (Verdi, Puççini, Cordano) əsərlərindən ibarət olacaq. Operasevərlər yaxın müddətdə Hamburq və Berlində dünyanın ən yaxşı soprano və tenor cütlüyünün konsertlərindən zövq ala biləcəklər.

Xəbər lenti
0