Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Faiq Ağayev Leyla Əliyevaya üz tutdu - “Sevdiklərinizi qoruyun”

© Photo : Facebook / Faiq AgayevНародный артист Азербайджана Фаик Агаев, фото из архива
Народный артист Азербайджана Фаик Агаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur. Musiqi və aranjeman isə DJ Nəğd Pul ləqəbi ilə tanınan repçi Nadir Hüseynova aiddir.

BAKI, 15 fevral — Sputnik. Xalq artisti Faiq Ağayev yeni mahnısını təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu haqda öz "Instagram" profilində paylaşım edib.

Yeni mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur. Musiqi və aranjeman isə DJ Nəğd Pul ləqəbi ilə tanınan repçi Nadir Hüseynova aiddir. Rus dilində oxunan və "Берегите Самых Дорогих" adlanan ("Ən çox sevdiklərinizi qoruyun") mahnı "YouTube" kanalına yerləşdirilib. Yeni ifa "Sevgililər günü"nə həsr olunub.

Qeyd edək ki, bu mahnı Xalq artisti Faiq Ağayevlə Leyla Əliyeva arasında ilk iş birliyidir.

Xəbər lenti
0