Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Oskar"ın əsas mükafatçısı bəlli oldu

© AFP 2023 / VALERIE MACONOskar mükafatlandırma mərasimi, 10 fevral 2020
Oskar mükafatlandırma mərasimi, 10 fevral 2020 - Sputnik Azərbaycan
Abunə olmaq
"Parazitlər" filmi daha 3 "Oskar" mükafatına layiq görülüb. Belə ki, ən yaxşı rejissor işi, ən yaxşı orijinal senari və ən yaxşı xarici film nominasiyaları da bu filmin aktivinə yazılıb

BAKI, 10 fevral — Sputnik. Cənubi Koreyalı kinorejissor Pon Çjun Honun "Parazitlər" filmi ABŞ kinoakademiyasının ən yüksək mükafatı –“Oskar”ı qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, ekran əsəri "Ən yaxşı film" nominasiyası üzrə qalib olub.

Oskar mükafatı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Oskar"ı kimlər alacaq – Proqnozlar internetə sızdı

Sözügedən filmlə yanaşı Martin Skorsezenin "İrlandiyalı", Sem Mendesin "1917", Kventin Tarantinonun "Bir dəfə Hollivudda", Tayka Vaytitinin "Dovçan Coco", Noa Baumbaxın "Evlilik hekayəsi", Qreta Gerviqin "Balaca qadınlar", Ceyms Menqoldun "Ford Ferrariyə qarşı", Todd Filpsin "Coker" filmi də mükafat almaq üçün təqdim olunmuşdu.

Qeyd edək ki, "Parazitlər" filmi daha 3 "Oskar" mükafatına layiq görülüb. Belə ki, ən yaxşı rejissor işi, ən yaxşı orijinal senari və ən yaxşı xarici film nominasiyaları da bu filmin aktivinə yazılıb.

Xəbər lenti
0