09:35 20 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
13 0 0

Sərginin açılış mərasimində San-Paulo şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli universitetlərin incəsənət mütəxəssisləri, şəhər meriyasının işçiləri və sakinlər iştirak ediblər

BAKI, 28 yanvar — Sputnik. Ölkəmizin Braziliyadakı səfirliyi, Mədəniyyət Nazirliyi və San-Paulo meriyasının dəstəyi ilə bu şəhərdəki Penya Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının fotosərgisinin açılış mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Braziliyadakı səfirliyimizdən bildiriblər ki, yanvarın 26-dan fevralın 28-dək davam edəcək sərgidə Azərbaycan xalçaçılıq sənətinə, xalçaçılıq məktəbimizə məxsus müxtəlif incəsənət nümunələrinə aid fotolar təqdim olunacaq.

© AR Ministry of Culture.
Braziliyada Azərbaycan xalçalarına həsr olunmuş fotosərgi

Sərginin açılış mərasimində San-Paulo şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli universitetlərin incəsənət mütəxəssisləri, şəhər meriyasının işçiləri və sakinlər iştirak ediblər. Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov, San-Paulo şəhər meriyasının beynəlxalq əlaqələr departamentinin nümayəndəsi Kamila Assis və Penya Mədəniyyət Mərkəzinin direktoru Valkiriya Qama Nasimento açılış mərasimində çıxış ediblər.

Sərgidə 20 Yanvar hadisələrinə və Xocalı soyqırımına həsr edilmiş jurnal, buklet, kitab və digər çap materialları iştirakçılara təqdim olunub. Səfir Elxan Poluxov çıxışında 20 Yanvar və Xocalı faciələri barədə iştirakçılara məlumat verib.

Əsas mövzular