10:41 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
2010

"Let me run" ("Qoyun qaçım") bundan öncə Los-Ancelesdə keçirilən festivalda "ən yaxşı məkan görüntüsü" və "ən yaxşı səs effektləri" nominasiyasını, ötən ilin noyabr ayında Kanadanın Toronto şəhərində keçirilən festivalda "ən yaxşı macəra" nominasiyasını qazanıb.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Azərbaycanlı rejissor Amerikada mükafatları sıralayır. Sputnik Azərbaycan xəbər verir ki, Elmar Bayramov bu dəfə sayca onuncu mükafatını qazanıb. Rejissorun "Let me run" ("Qoyun qaçım") filmi Hollivud beynəlxalq film festivalında ən yaxşı döyüş və triller nominasiyası üzrə qalib elan edilib. Film eyni zamanda Nyu-York film festivalında ən yaxşı rejissor və ən yaxşı döyüş filmi nominasiyası qazanmağa müvəffəq olub.

Elmar Bayramov bu uğuru haqda sosial şəbəkədəki profilində məlumat yayıb. O bildirib ki, sözügedən festival hər rüb keçirilir: "Festivalın əsas məqsədi dünyanın hər yerindən olan kinorejissorlara dəstək olmaq, yeni kreativ filmlərin çəkilməsinə yardım göstərməkdir. Nyu-York film festivalı da eyni missiyanı yerinə yetirir və ayda bir dəfə baş tutur".

Film Orxan adlı gəncin həyatından bəhs edir. Orxan aldığı zədədən sonra əlil olsa da, təslim olmur, əksinə, mübarizə aparır. Filmin rejissoru və ssenari müəllifi Elmar Bayramov, prodüserləri Könül Kəngərli, Klara Brotons Merkedal, Alan Qoldberq və Zeke Ramazan Qeysdir. Ekran əsərində baş rolun ifaçısı isə Tural Manafovdur.

Xatırladaq ki, "Let me run" ("Qoyun qaçım") bundan öncə Los-Ancelesdə keçirilən festivalda (Los Angeles Cinematography Awards) "ən yaxşı məkan görüntüsü" və "ən yaxşı səs effektləri" nominasiyasını, ötən ilin noyabr ayında Kanadanın Toronto şəhərində keçirilən festivalda "ən yaxşı macəra" nominasiyasını qazanıb.

Qeyd edək ki, Elmar Bayramov bir neçə il öncə Azərbaycandan Amerikaya köçüb. O, uzun müddət kapoeyra ilə məşğul olub. Rejissor kimi bir neçə sosial çarx çəkən E.Bayramovun ilk filmi "Don Marleone" adlanır.

Əsas mövzular