04:20 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
15 0 0

Universitetin Kinoşünaslıq kafedrasına rəhbərlik edən aktrisanı sənət dostları da sosial şəbəkədə təbrik edib.

BAKI, 24 yanvar — Sputnik. Xalq artisti Həmidə Ömərova professor elmi adına layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məlumat verilib. Universitetin Kinoşünaslıq kafedrasına rəhbərlik edən aktrisanı sənət dostları da sosial şəbəkədə təbrik edib.

Qeyd edək ki, Həmidə Ömərova 1957-ci ildə Bakıda anadan olub. 1979-1993-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. 50-yə yaxın filmdə rol alan aktrisa 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib.

Sənətçi Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək onlarla tamaşa və filmdə rol alan H.Ömərova hazırda "Ata ocağı" serialına çəkilir.

Əsas mövzular