Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda "Vətənpərvərlik Kinosu Günləri" keçirilib

© Pexels freestocks.orgКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mədəniyyət Nazirliyinin nümayəndəsi Şəhla Əmirli çıxış edərək Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilən, şəhidlərimizin ömür və döyüş yolundan bəhs edən filmlərimizin insanlarda vətənpərvərlik ruhunun aşılamasında böyük rolu olduğunu vurğulayıb.

BAKI, 16 yanvar — Sputnik. "Vətənpərvərlik Kinosu Günləri" çərçivəsində bir sıra filmlərin nümayişi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik Kinosu Günləri" çərçivəsində filmlərin nümayişi davam edir. Yanvarın 14-də Heydər Əliyev adına Ali Hərbi Məktəbdə "Vətənpərvərlik Kinosu Günləri" çərçivəsində "Salnaməfilm" studiyasında rejissor Nizami Abbasın "Silahdaşlar" sənədli filmi nümayiş olunub. Tədbirdə rejissor kursantlar qarşısında çıxış edərək, kinematoqrafçıların Qanlı Yanvar hadisələri zamanı göstərdikləri şücaətindən bəhs edib.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürova həsr olunan "Bir elin Şahları" sənədli filminin nümayişi baş tutub.

Mədəniyyət Nazriliyinin nümayəndəsi Şəhla Əmirli çıxış edərək Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilən, şəhidlərimizin ömür və döyüş yolundan bəhs edən filmlərimizin insanlarda vətənpərvərlik ruhunun aşılamasında böyük rolu olduğunu vurğulayıb. Milli Qəhrəman Şahlar Şükürovun oğlu Sənan Şükürov atası haqqında olan xatirələri tədbir iştrakçıları ilə bölüşüb. Filmin rejissoru Vəli Səyyadinin çıxışından sonra film tamaşaçılara təqdim olunub.

Maştağa qəsəbəsi H.Abbasov adına Mədəniyyət Mərkəzində də rejissor Çingiz Həsənovun Milli Qəhrəman Seymur Məmmədova həsr olunmuş "Qartal Yuvası" filmi seyrçilərə təqdim edilib. Tədbirdə filmin rejissoru, Milli qəhrəmanın ailə üzvləri çıxış edərək qəhrəmanın keçdiyi qısa həyat yolu haqqında tamaşaçılara məlumat veriblər.

Xəbər lenti
0