CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış opera müğənnisinə iftira atıblar: Hadisə heç də deyildiyi kimi olmayıb

© Sputnik / Ekaterina Lyizlova / Mediabanka keçidОперный певец Юсиф Эйвазов, фото из архива
Оперный певец Юсиф Эйвазов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazov və The Semper Opera Ball-ın bədii rəhbəri Hans-Yoahim Frey Ruzan Mantaşyanla bağlı yayılan şayiəyə aydınlıq gətiriblər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazovun fevralın 7-də Drezdendə "The Semper Opera Ball"ın səhnəsinə erməni həmkarl Ruzan Mantaşyanla birlikdə çıxmaqdan imtina etməsi barədə şayiələr ona qarşı təxribatdan başqa bir şey deyilmiş.

Rusiyanın əməkdar artisti Valeri Meladze - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Valeri Meladze azərbaycanlı opera müğənnisinə inanılmaz sürpriz edib

Bu barədə Sputnik Azərbaycan-a vokalçının özü məlumat verib. O bildirib ki, onun haqqında yayılan bütün məlumatlar şər və iftiradır. Çünki o, heç vaxt öz həmkarlarını millətinə görə bölmür.

"Mən azərbaycanlıyam və mənim Azərbaycanla Ermənistan arasındakı vəziyyətlə bağlı tamamilə aydın təsəvvürlərim, şəxsi mövqeyim var. Amma mənim siyasi baxışlarım heç vaxt peşəmə və səhnədəki həmkarlarıma münasibətimə təsir etmir. Bunu mənim dəfələrlə Bolşoy Teatrın səhnəsinə Mariya Qulegina və Gevorq Akopyanla birlikdə çıxış etməyim faktı da təsdiqləyir. Daha təxribatları yaymayın", - deyə Eyvazov bildirib.

Vokalçı əlavə edib ki, o, lap əvvəldən konsertdə solo oxumalı idi və onun duet çıxışları planlaşdırılmayıb.

Bütün bunlarla yanaşı, müğənni Sputnik Azərbaycan-ın redaksiyasına The Semper Opera Ball-ın bədii rəhbəri Hans-Yoahim Freyin də bu barədə şərhini yollayıb. O da öz növbəsində azərbaycanlı vokalçının ünvanına səslənən ittihamları iftira adlandırıb. Məlum olub ki, The Semper Opera Ball-ın rəhbərliyi erməni vokalçı Ruzan Mantaşyanla ümumiyyətlə müqavilə bağlamayıblar və fevralın 7-də onun Eyvazovla eyni səhnəyə çıxması ilə bağlı heç bir plan olmayıb.

Moskvadakı səfirlikdə səsvermə - Sputnik Azərbaycan
Səfir, opera müğənnisi və "Miss MQİMO" Moskvada Azərbaycan prezidentini seçib

"Yusif Eyvazov heç vaxt öz həmkarları ilə əməkdaşlıq münasibətlərini onların soy-kökünə əsaslanaraq qurmayıb. The Semper Opera Ball-ın cazibədarlığı onunla bağlıdır ki, uzun illər ərzində onun proqramında müxtəlif ölkələrdən, o cümlədən də Ermənistandan geniş spektrdə artistlər iştirak edir. Bizim bal öz kosmopolitizmi ilə məşhurdur. Digər qəbildən olan bütün bəyanatlar həqiqəti əks etdirmir. Yusif Eyvazov böyük hörmətə layiqdir, xüsusilə də həm kosmopolit artist, həm də namuslu insan olaraq", - deyə Frey əlavə edib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir. 2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

Xəbər lenti
0