19:57 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
35 0 0

Xalq artisti Bəxtiyar Xanızadə özünü ilk dəfə klipmeykerlikdə sınayıb və müğənni Elnarə Xəlilovanın mahnısına klip çəkib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə müğənni Elnarə Xəlilovanın "Darıxsan" mahnısına klip çəkib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xanızadə ilk dəfə özünü klipmeyker kimi sınayıb. Lakin qərara gəlib ki, bu, birinci və axırıncı olacaq.

"Elnarəyə qədər klip çəkməmişəm, ondan başqa kimsəyə də klip çəkməyə hazırlaşmıram. Azərbaycanda bu işlə məşğul olan çox sayda istedadlı insan var. Mən sadəcə Elnarəyə kömək etmişəm", - deyə Xanızadə bildirib.

Mahnının sözlərini Nicat Qafaroğlu, musiqisini Məryəm Əlibəyli yazıb, aranjimanı isə Rəşad Bağırova məxsusdur. Klipin operatoru Ruslan Ağazadə, montajçısı Emin Muradovdur. Klipdə Pantomima Teatrının aktyorları Bəhruz Vaqifoğlu və Leyla Atayeva çəkiliblər.

Elnarə Xəlilova Vaqif Gərayzadənin "W-trio" qrupunun solisti olub. Kollektiv dağılandan sonra solo karyerasına başlayıb. Uşaqlarının doğumu ilə əlaqədar olaraq vaxtaşırı yaradıcılığa fasilə verir.

Əsas mövzular