Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya tarixində ən bahalı şəklin sirri açıldı

© AP Photo / Kirsty WigglesworthКартина Леонардо да Винчи "Спаситель мира" на аукционе Christie's в Лондоне. 24 октября 2017
Картина Леонардо да Винчи Спаситель мира на аукционе Christie's в Лондоне. 24 октября 2017 - Sputnik Azərbaycan
Abunə olmaq
Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsəri uzun illər itmiş sayılırdı. 2017-ci ildə onu "Kristis" hərracında 450 milyon dollara satdılar

BAKI, 8 yanvar — Sputnik. Kaliforniya Universitetinin alimləri İrvaynda Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsərinin 3D modelini hazırlayaraq İsa Məsihin əlindəki dünyanın yaradılışının rəmzi olan şəffaf kürənin sirrini açıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə MIT Technology Review yazıb.

Belə ki, kürə arxasındakı fəzanı olduğu kimi əks etdirir, bu isə uzun müddətdir sənətşünasları təəccübləndirirdi, çünki rəssam və ixtiraçının optikanı öyrəndiyi bəllidir.

Kompüter qrafikasının köməyilə tədqiqatçılar aşkarlayıblar ki, şəkildəki əşya içi boş, 6.8 sm diametrə malik şüşədən hazırlanmış kürədir. Onun qalınlığı isə 1.3 mm-dən çox ola bilməz. Kürə İsa peyğəmbərin bədənindən 25 sm aralı yerləşir. Alimlərin fikrincə, ancaq bu şərtlər daxilində şüşə kürənin arxadakı fonu təhrif etməməsi mümkündür.

İki il əvvəl amerikalı bioqraf Uolter Ayzekson da Vinçiyə həsr etdiyi məqaləsində güman etmişdi ki, rəssam İsa və əlindəki kürəyə "möcüzəvi xüsusiyyətlər" bəxş etməyə çalışıb. Çünki onun fikrincə, əgər o, təhrifləri olduğu kimi dəqiq versəydi, o zaman kürənin arxasındakı ovuc ya iri, ya da xırda görünməli idi.

Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsəri uzun illər itmiş sayılırdı. 2017-ci ildə onu "Kristis" hərracında 450 milyon dollara satdılar. Bununla şəkil tarixin ən bahalı sənət əsəri oldu. Hazırda "Dünyanın xilaskarı" şəxsi kolleksiyada saxlanılır.

Xəbər lenti
0