08:10 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
6111

Müğənni Nigar Camal keçmiş həyat yoldaşı ilə birlikdə qızları Jasminin peşəkar idmanla məşğul olması üçün hər bir şəraiti yaratmağa çalışırlar

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. "Avroviziya-2011"in qalibi Nigar Camalın qızı Jasmin İngiltərənin "Çelsi" klubunun qadınlardan ibarət komandasına düşmək niyyətindədir. Bu barədə Sputnik Azərbaycan-a Nigar Camal bildirib.

Müğənninin qızı uzun müddətdir ki, peşəkar futbolla məşğul olur. Hazırda o, "Tottenhem"in qızlardan ibarət komandasında oynayır.

"O, uşaqlıqdan futbolu sevir, ona göə də biz onu bu idman növünə yönəltməyə qərar verdik. Jasminin indi 14 yaşı var. Biz həm futbolla məşğul olması, həm də təhsil alması üçün ona hər bir şəraiti yaradırıq. O, çox çalışır və gələcəkdə "Çelsi" klubunun futbolçusu olmaq istəyir", - N.Camal deyib.

Nigar Camal 2011-ci ildə keçirilən "Avroviziya" müsabiqəsindəki qələbəsindən sonra məşhurlaşıb və hazırda yaradıcılığa davam edir. O, filmdə də çəkilib, hazırda isə yeni layihələr üzərində çalışır.

Həyat yoldaşından boşanan müğənninin iki qızı var. Onlar ataları ilə Londonda yaşayırlar. Nigar Camal vaxtını onlarla keçirmək üçün tez-tez Londona uçur.

Əlaqədar

Azərbaycanlı blogerin oxuduğu mahnı iki günə Rusiyanın top-çartına düşüb - VİDEO
Emin Ağalarov həmyerlisini dəstəklədi, hətta onun klipinə çəkildi - VİDEO
Müğənni Masallının biabırçı yollarını göstərdi - VİDEO
Azərbaycanlı müğənni zərif cinsə gözəl mahnı həsr edib – VİDEO
"Avroviziya"nın azərbaycanlı qalibləri Niderlanda dəvət alıblar
Teqlər:
Nigar Camal, "Çelsi", idman, müğənni

Əsas mövzular