Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin Ağalarov həmyerlisini dəstəklədi, hətta onun klipinə çəkildi - VİDEO

© © Courtesy of Emin AgalarovНародный артист Азербайджана Эмин Агаларов
Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Sabir Əhmədov Azərbaycanın xalq artisti Emin Ağalarovun məşhur hitini milli kolorit əlavə etməklə yeni stildə oxuyub və onu lenta alıb.

BAKI, 19 dekabr — Sputnik. Azərbaycanlı müğənni Sabir Əhmədov Azərbaycanın xalq artisti Emin Ağalarovun məşhur STILL kompozisiyasına çəkilmiş klipini təqdim edib.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi xəbərə görə, o, mahnını Azərbaycan ladında yenidən ifa edib və hətta öz çarxına Emin Ağalarovu da çəkib.

Əhmədov kompozisiyaya dəyişikliklər edib. O, mahnını təkcə ingiliscə deyil, həm də rus dilində oxuyub. Bununla yanaşı, Əhmədov klipi şən stildə çəkib. Klipdə baş rola Emin Ağalarov çəkilib.

"Bu, sadə məsələ idi - əfsanəvi STILL kompozisiyasına kaver qurmaq. İdeya Azərbaycan musiqisinə həssas olan və çox sevən Emindən gəlib. Biz onun ən məşhur və tamaşaçıların sevimli mahnılarından birini "yeddi səkkizinci" ritmdə yazaraq ona milli kolorit vermək qərarına gəldik. Tamamilə hər şeyi - aranjimandan tutmuş rusca mətninə və ssenarisinə qədər özüm fikirləşmişəm və bütün bunların hamısına oynaq, adamın ruhunu incitməyən bir çalar verməyə çalışmışam", - deyə Əhmədov bildirib.

Müğənni əlavə edib ki, Ağalarovla əməkdaşlığı davam etdirmək niyyətindədir.

Qeyd edək ki, STILL Emin Ağalarovun 2006-cı ildə çıxan eyni adlı albomunun əsas trekidir. Mahnının sözləri və musiqisi Azərbaycanın xalq artistinə məxsusdur.

Xəbər lenti
0