15:06 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
27 0 0

Rusiyada yaşayan və təhsil alan Fərid Kazakov Tatarıstanın paytaxtında keçirilən növbəti beynəlxalq müsabiqədə uğurla iştirak edib.

BAKI, 18 dekabr — Sputnik. Azərbaycandan olan rəqqas, beynəlxalq və Ümumrusiya müsabiqələrinin Qran-Prisinin qalibi və sahibi Fərid Kazakov Kazanda keçirilən "Art Star" (Sənət ulduzu) beynəlxalq müsabiqə-festivalının Qran-Prisini qazanıb.

Kazakovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, o, müsabiqədə Mervin Uorrenin "Mary and Steves Tango" tanqo musiqisini ifa edib.

Kazakov öz çıxışı ilə təkcə Qran-Prinin sahibi olmayıb, həm də münsiflər heyətinin üzvləri onu müsabiqənin qala-konsertinin iştirakçısı seçiblər. Rəqqas öz uğurunu müəllimi, Azərbaycanın Əməkdar artisti Rimma İsgəndərovaya borcludur.

"Mən Rimma İsgəndərovaya çox minnətdaram ki, hələ bir neçə əvvəl Bakı Xoreoqrafiya Akademiyasını bitirməmişdən qabaq o, mənə nömrə verdi və biz kostyum tikdik. Söhbət mənim Kazanda çıxış zamanı geyindiyim kostyumdan gedir. Mən çoxdan onunla yaxşı bir platformada debüt etmək istəyirdim və məhz bu yarışmada bunu etmək qərarına gəldim", - deyə Kazakov bildirib.

Hazırda rəqqas yeni layihə üzərində işləyir. Onu 2020-ci ildə təqdim etmək niyyətindədir. Bununla yanaşı, dekabrın 21-də Moskvada "Şelkunçik" tamaşasının premyerası olacaq. Kazakov orada ilk dəfə özünü quruluşçu-xoreoqraf kimi sınayacaq. Tamaşada "Olimp in Gracia" (Rəqs Olimpi) rəqs və gimnastika məktəbinin yetirmələri iştirak edəcək. Və 2020-ci ilin yanvar ayının əvvəlində rəqqas "Yarat" Azərbaycan Müasir İncəsənət Mərkəzində "Enuement" monotamaşasını təqdim edəcək. Bu tamaşanı onun üçün rusiyalı rejissor Luiza Air səhnəyə qoyub.

  • Fərid Kazakov
    © Courtesy of Farid Kazakov
  • Fərid Kazakov
    © Courtesy of Farid Kazakov
  • Fərid Kazakov
    © Courtesy of Farid Kazakov
1 / 3
© Courtesy of Farid Kazakov
Fərid Kazakov

Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunu, dəfələrlə beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya gecələri" beynəlxalq festival-müsabiqənin baş mükafatçısı, dəfələrlə Azərbaycan, Rusiya və Gürcüstan çempionudur. O, həmçinin "Zabradance" gimnastika və rəqs məktəbinin baş məşqçisidir. Hazırda Moskvada yaşayır və çalışır.

Əsas mövzular