Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı çobanın eşqinə yəhudilər heyran oldular

© Photo : © "Azərbaycanfilm" Съемки фильма Çölçü ("Степняк")
Съемки фильма Çölçü (Степняк) - Sputnik Azərbaycan
Abunə olmaq
2012-ci ildə istehsal olunan film ümumilikdə 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlar qazanıb.

BAKI, 7 dekabr — Sputnik. Şamil Əliyevin "Çölçü" filmi yeni zirvələri fəth etməkdə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, "Near Nazareth Festival 2019" (İsrail) beynəlxalq kino ekspertlərdən ibarət münsiflər heyəti Şamil Əliyevin "Çölçü" filmini ən yaxşı bədii film mükafatlarının qalibi elan edib.

Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu rejissoru Şamil Əliyevə təqdim olunub.

Qeyd edək ki, "Near Nazareth Festival 2019" dekabrın 2-5-i arası keçirilib. "Çölçü" filmi dekabrın 3-də İsrailin Afula şəhərində tamaşaçılara təqdim olunub.

Aporia: Kiyamet deneyi filmindən fraqment - Sputnik Azərbaycan
Dünyanı heyrətə gətirən ən qorxulu Azərbaycan filmi – Artıq Bakıya çatıb

Xatırladaq ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin "Çölçü" filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlar qazanıb.

"Çölçü" ümumilikdə bir neçə dəfə "Ən yaxşı bədii film", "Ən yaxşı rejissor işinə görə", "Ən yaxşı ssenari", "Ən yaxşı qadın oyunçu", "Yaradıcılıq axtarışlarına görə", eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, "Humay" milli mükafatına layiq görülüb.

Filmin senari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur…

Xəbər lenti
0