18:14 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində Oyun adlı teatr

Azərbaycan teatrında inanılmaz sosial layihə - Bu dəfə səhnəyə fərqli şəxslər çıxacaq

© Sputnik / Kamal Almuradlı
MƏDƏNİYYƏT
Qısa URL
68110

İşin çətin tərəfi odur ki, tamaşada rol alanlar arasında peşəkar aktyorlarla yanaşı qeyri peşəkar, həmçinin əlil şəxslər də var

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Bu il  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Oyun" adlı teatr yaradılıb.

Sputnik Azərbaycan xəbər verir ki, terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin edilir. Aktyor, rejissor, vokalçı, xoreoqraflarla yanaşı, psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edirlər.

© Sputnik / Kamal Almuradlı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Oyun" adlı teatr

Sözügedən studiyada Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanan "Solğun çiçəklər" tamaşasının hazırlıq prosesində iştirak etdik. Yeni səhnələşdirmə ilə "Solğun sevgilər" adı verilən birhissəli tamaşada hadisələr psixoloqun reabilitasiya seanslarında iştiraka gələn Bəhram adlı qəhrəmanın etirafları ilə başlanır. Özünün mənəvi şikəstliyi, psixoloji sarsıntıları sayəsində yaddaşı ilə də ciddi problemlər yaşayan Bəhram fiziki əlillərin arasında onlardan daha çətin durumda olduğunu, mənən şikəstə çevrildiyini etiraf edir.

Yeni formalı səhnədən irəli gələn məsələlərin əhatəli yozumu üçün tam yeni əsas və köməkçi obrazlar daxil edilib.

Quruluş müəllifi bütün mizanlarda sağlam aktyorlardan daha çox müxtəlif fiziki qüsuru olan yeniyetmə və gənclərin oyun imkanlarını verməyə çalışıb. Əsas ideyası insanın ali hissi sevgi olan tamaşanın aktyor heyətinin 80 faizi fiziki qüsurlu şəxslərdən ibarətdir.

Fiziki qüsurlu yeniyetmə və gənclərin rol aldığı tamaşanın əsas ideyasında da belə insanların dostluğa sədaqəti, insanlıq sevgisi dayanır.

Qızğın məşqdən vaxt tapan tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva bir neçə sualımızı cavablandırdı:

© Sputnik / Kamal Almuradlı
Quruluşçu rejissoru Səidə Haqverdiyeva

- Nə üçün Cəfər Cabbarlıya müraciət etdiniz?

- Bu əsəri seçməyimdə bir neçə nüans rol oynadı. Bilirsiniz ki, bu il Cəfər Cabbarlının 120 illiyi qeyd olunur. Bununla bağlı Azərbaycan teatrları onun müxtəlif əsərlərini səhnələşdirir. "Solğun çiçəklər" əsərini 17 yaşımda ikən oxumuşdum. Bu yaxınlarda yenidən təkrarladım və bu əsərə müraciət etdik.

- Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyun" teatrı olaraq bu əsərin səhnə həllini tapmaq çətin olmadı ki?

- Mənim üçün elə də çətin olmadı. Çünki 7 ildir "Oyun" teatr studiyasının həm rəhbəriyəm, həm də bir neçə tamaşanın pyesini mən yazmışam. Məhz bu işin çətin tərəfi odur ki, tamaşada rol alanlar arasında peşəkar aktyorlarla yanaşı qeyri peşəkar, həmçinin fiziki qüsurlu şəxslər də var. Onlarla bu gün məşq edirsən, sabahısı gün gələndə eyni ilə dünənki gün kimi sıfırdan başlayırsan. Yəni bir gün öncəki məşqin unudulub.

- Neçə müddətdir məşqlər gedir?

- Qısa müddətdir – cəmi 12 gün.

- Tamaşada neçə nəfər rol alıb?

- Əsərdə 5 nəfərdir. Amma biz bunu artırdıq. Pərinin, Saranın, Bəhramın dostları etdik. İstədim ki, fiziki qüsurlu şəxslər daha çox rol alsın.

- Obraz seçimini necə etdiniz?

- Deyim ki, bizim səhnəmizdə həm fiziki, həm də əqli qüsuru olan şəxslər var. Onlar arasında autizm sindromundan və daunizmdən əziyyət çəkən dostlarımız da tamaşada rol alıb. Seçim etmək üçün UAFA (Azərbaycana Birgə Yardım) təşkilatına üz tutduq. Eyni zamanda 5 nəfər əlilliyi olan şəxs var ki həmin təşkilata aidiyyatı yoxdur. Onları şəxsən tanıyıram və özüm seçmişəm. Ümumilikdə səhnədə 30 nəfərlik heyət olacaq. Tamaşanın dekabrın 6-da premyerası nəzərdə tutulub.

  • Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Oyun" adlı teatr
    © Sputnik / Kamal Almuradlı
  • Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Oyun" adlı teatr
    © Sputnik / Kamal Almuradlı
  • Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Oyun" adlı teatr
    © Sputnik / Kamal Almuradlı
  • Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Oyun" adlı teatr
    © Sputnik / Kamal Almuradlı
1 / 4
© Sputnik / Kamal Almuradlı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Oyun" adlı teatr

Qeyd edək ki, "Solğun sevgilər" tamaşasında Xəqani Əliyev, Aysel Əlizadə, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Nazlı Əliyeva, Türkay Cəfərli, Cavid İbrahimov, Səma Məmmədova, Rəsul Məmmədli, Rəsul Zəkiyev, Taleh İsmayılov, Günay Əhməd, Zümrüd Qasımova, Rüxsarə Zeynalova rol alıb.

Kütləvi səhnələrdə isə Şamxal Xələfli, Rafael Mustafayev, Nəsib Şamxalov, Rüfət Şahpələngov iştirak edir.

Əsas mövzular