21:48 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Bakı, arxiv şəkli

Bakıda qeyri-adi sərgi keçiriləcək

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
2800

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq

BAKI, 12 noyabr — Sputnik. Bu il noyabr ayının 20-dən 25-dək Bakıda "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Budəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaq.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Həmçinin UNESCO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda filmin təqdimatı keçiriləcək, "Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfrans da nəzərdə tutulub.

"Alüminium" VI bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində keçiriləcək sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, "Qalereya 1969" və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaq.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən "Alüminium" Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.

Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.

Əsas mövzular