16:24 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Müğənni Zamiq Hüseynov

Zamiq dostunun sevgisini "əbədiləşdirdi"

© Niko Abbasov
MƏDƏNİYYƏT
Qısa URL
132 0 0

"Klipin rejissorluğu da mənə aiddir. Bu o demək deyil ki, özümü rejissor kimi sınayacam və kliplər çəkməyə başlayacam. Yox. Amma mənə elə gəlir ki, özüm özümü daha yaxşı görürəm"

BAKI, 29 oktyabr — Sputnik. Müğənni Zamiq Hüseynov yeni layihəsini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi musiqisi özünə, sözləri İsmayıl Əsədov və Ayşən Məmmədovaya məxsus "Var ol" adlı mahnını ekranlaşdırmaq qərarına gəlib.

Zamiq bir neçə obrazda kamera qarşısına keçib. Sənətçi ekran işinin rejissorluğunu da özü edib.

"Klipin rejissorluğu da mənə aiddir. Bu o demək deyil ki, özümü rejissor kimi sınayacam və kliplər çəkməyə başlayacam. Yox. Amma mənə elə gəlir ki, özüm özümü daha yaxşı görürəm. Çox maraqlı və romantik bir klip ərsəyə gəlib. Ekran işi bir məkanda çəkilib. Bir neçə obrazda kamera qarşısına keçmişəm. Çox yaxşı kadrlar var. Yaxın dostumun hazırda yaşadığı sevgini canlandırmışıq. Gözəl bir ailəni, onların övladlarını, bu günə kimi yaşadıqlarını göstərdik".

Qeyd edək ki, müğənni sözügedən klipi artıq öz "YouTube" kanalında yayımlayıb.

Əlaqədar

Azərbaycanlı müğənni ilə "Dom 2" iştirakçısını nə bağlayır?
Azərbaycanlı müğənni varlı və nüfuzlu amerikalılar qarşısında çıxış edib
Azərbaycanlı müğənninin klipinə məhdudiyyət qoydular, səbəbi - fetiş
Tanınmış müğənnimiz ana olmaq eşqinə düşüb
Azərbaycanlı müğənni qazaxıstanlı həmkarı ilə duet oxudu

Əsas mövzular